We Can Do It!

We Can Do It!
Rəssam C. Hovard Miller
Tarixi 1943
Üslubu Plakat
Sifarişçi Westinghouse Electric
Saxlanıldığı yer ABŞ Milli Tarix Muzeyi
Saytı loc.gov/item/2021669753
İnventar nömrəsi 1985.0851.05
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"We Can Do It!" (azərb. Biz bunu edə bilərik!‎) — 1943-cü ildə ABŞ-də müharibə dövrü "Westinghouse Electric"də işləyən işçilərin əhvalının artırmaq üçün C. Hovard Miller tərəfindən yaradılmış plakat. Plakatın ümumiyyətlə Ceraldin Doyl adlı Miçiqan fabrik işçisinin xəbər agentliyinin ağ-qara fotoşəklinə əsaslandığı iddia olunur.

Plakata İkinci dünya müharibəsi zamanı çox az rast gəlinirdi. Plakat erkən 1980-ci illərdə yenidən tapıldı və geniş miqyasda bir çox formalarda reproduksiya olundu. Plakat çox vaxt "We Can Do It!" adlandırılsa da, bəzən "Çəkicvuran Rozi" adlandırılırdı. 1980-ci illərdə plakat feminizm və digər siyasi məsələlərin təşviq edilməsində istifadə olunurdu.[1] Şəkil 1994-cü ildə "Smithsonian" jurnalının ön səhifəsində və 1999-cu ildə ABŞ-nin birinci sinif poçta markası kimi istifadə olunub. 2008-ci ildə plakat bir neçə Amerikan siyasətçisi üçün təşviqat materiallarında təsis edilmişdi, 2010-cu ildə isə Avstraliyanın ilk baş nazirinin qadın olması rəssam tərəfindən əks edilmişdir. Plakat Milli Arxiv və Yazılar Administrasiyasından ən çox tələb olunan 10 şəkillərdən biridir.[1]

Plakatın yenidən tapılmasından sonra, müşahidəçilər çox vaxt plakatı qadın işçiləri ruhlandırmaq üçün müharibə cəhdlərinə qoşulması yönündə işləndiyini iddia edirlər. Lakin müharibə zamanı plakat, yalnız 1943-cü ilin fevralında "Westinghouse"a daxilində istifadə olunmuşdur.[2] Feministlər və başqaları plakatı bir çox müxtəlif formalarda, o cümlədən kampaniya təşviqi, reklam və parodiyalarda istifadə etmişdi.

  1. 1 2 Kimble, James J.; Olson, Lester C. "Visual Rhetoric Representing Rosie the Riveter: Myth and Misconception in J. Howard Miller's 'We Can Do It!' Poster". Rhetoric & Public Affairs. 9 (4). Winter 2006: 533–569. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31. Also available through Highbeam. Arxivləşdirilib 2013-10-11 at the Wayback Machine
  2. Bird, William L.; Rubenstein, Harry R. Design for Victory: World War II posters on the American home front. Princeton Architectural Press. 1998. səh. 78. ISBN 1-56898-140-6. 2014-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-01.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search